PKK liderlərindən İsa Teres öldürüldü
PKK terror təşkilatının liderlərindən İsa Teres öldürülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, noyabrın 3-də Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat zamanı PKK-nın Bingöl, Muş və Ərzurum üzrə rəhbəri, kod adı İsa Fərhad olan İsa Teres onunla birlikdə olan terrorçularla birlikdə məhv edilib.
İsa Teres 2014-cü ildən PKK-nın Bingöl, Muş və Ərzurum üzrə qanadına rəhbərlik edir. İsa Teres uzun müddət axtarışda olub və onun başına 1,5 milyon türk lirəsi mükafat qoyulub.
PKK-çılar öldürüldüyü zaman həmin ərazidə xeyli sayda silah-sursat ələ keçirilib.
Qeyd edək ki, İsa Teres 1993-cü ildən adıçəkilən terror təşkilatının üzvüdür.