ABŞ ordusunun komandanı Ankarada
ABŞ Silahı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Dunford Türkiyəyə rəsmi səfərə gəlib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında görüş olub.
Görüş 5 saat davam edib. Danışıqların detalları barədə məlumat da yayılıb.
Türk ordusunun qərargahında Suriya və İraqın ərazi bütövlüyünün qorunması, anti-terror əməliyyatlarının davam etdirilməsinin vacibliyi vurğulanıb. Suriyanın şimalında Türkiyənin dəstəyi ilə keçirilən "Fərat qalxanı" əməliyyatına koalisiya qüvvələrinin dəstəyinin genişləndirilməsinin əhəmiyyəti önə çəkilib və Azad Suriya Ordusunun İŞİD-dən təmizlədiyi Cerablusa mülki əhalinin köçürülməsinə təhlükəsiz şəkildə yardım edilməsi mütləq hesab edilib.
Türkiyənin Telafer və Sincar bölgələrindəki maraqları da danışıqlar mövzusu olub.