İmişlidə yanğın!

İmişlidə yanğın baş verib. Hadisə Gövhərli kəndində qeydə alınıb. Zamiq Əzimliyə məxsus həyət evində baş verən yanğın anidən güclənib. Alov tavan hissədə başlayıb. Evin bir otağı yanıb. Hadisə zaman xəsarət alan olmayıb. Lakin ev əşyalarından bir neçəsi yanaraq sıradan çıxıb. Əraziyə İmişli rayon yanğından mühafizə xidmətinin 2 avtomaşını və canlı qüvvəsi cəlb edilib.Yanğın məhdudlaşdırılıb, 130 kvadratmetrlik evin 114 kvadratı xilas edilib. Həmçinin alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.Yanğının elektirik naqilində olan qısa qapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı