Bakıda qadın ərini qətlə yetirdi
Bakıda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə noyabrın 5-də Ramana qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 26 yaşlı Gülnar Mirzəyeva həyat yoldaşı, 32 yaşlı Şəmsi Babayevi bıçaqlayaraq öldürüb.
Hadisəni törədən G.Mirzəyeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.