Tovuzda qaynar su qadını yandırdı
Tovuz rayon sakini ağır yanıq xəsarətləri alıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Kənd sakini, 1974-cü il təvəllüdlü Nəzakət Nəbiyeva yaşadığı evdə övladlarını çimdirmək üçün sobanın üzərinə vedrədə su qoyub. İşıqlar sönən zaman qadın qaynar suyu götürmək istəyib. Bu zaman su onun üzərinə dağılıb.
Bədənin 2-ci dərəcəli termiki yanığı və yanıq şoku diaqnozu qoyulan N.Nəbiyeva dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün Bakıda olan yanıq mərkəzinə aparılması planlaşdırılır.