Tovuzda halı pisləşən sürücü qəza törətdi: 1 ölü
Tovuzda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi xəbərinə görə, hadisə Həzi Aslanov küçəsində qeydə alınıb.
Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Şakir Sultanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən özünü pis hiss edib və maşını yolla hərəkət edən yük avtomobilinə çırpılıb. Qəza zamanı “VAZ”-ın sürücüsü dünyasını dəyişib. Hadisəyə Ş.Sultanovun ürək tutmasının səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.