Ağdamda piyadanı vurub öldürən sürücü qaçdı
Ağdamda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb. APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində baş verib.
“Mercedes” markalı yük avtomobili yolu keçən 1971-ci il təvəllüdlü Həsənov Bəhrəm Qara oğlunu vuraraq hadisə yerindən qaçıb. B.Həsənov zərbənin təsirindən aldığı yaralardan qanaxma nəticəsində dünyasını dəyişib.
Ağdam rayon Polis Şöbəsi sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.