“Azərbaycan xarici borcunu istənilən vaxt qaytara bilər” - PREZİDENT
“Azərbaycan əsrlər boyu tolerantlıq məkanı olub. Bu gün Azərbaycanda bütün dinlərə və millətlərə məxsus abidələr qorunur, onların bərpası və yenidən qurulması dövlətin diqqət mərkəzindədir”. APA TV-nin məlumatına görə, bu fikirləri III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında prezident İlham Əliyev deyib.
Prezident bildirib ki, multikulturalizmin müsbət tərəfləri təşviq edilməlidir. Dövlət başçısı ölkədə aparılan iqtisadi və sosial islahatlardan danışıb. O deyib ki, 20 ildir Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri üzərində qurub. İqtisadiyyat 3,4 dəfə, büdcə gəlirləri 20 dəfə, maaşlar təxminən 6, pensiyalar 9 dəfə artıb, yoxsulluq 5,5%-ə enib. Prezident İlham Əliyev bütün bunların iqtisadi islahatların nəticəsi olduğunu deyib.
“Biz iqtisadi islahatların aparılmasında öz daxili imkanlarımıza güvənirik. Ona görə də xarici borcumuz ÜDM-nin 8-9%-ni təşkil edir. İstədiyimiz vaxt onu qaytara bilərik”.
Dövlət başçısı bildirib ki, dünya mediasında və Azərbaycan mediasında qanqaraldıcı xəbərlər ön plandadır: “Azərbaycanda azad media mövcuddur. Burada mediaya heç bir təsirdən söhbət gedə bilməz”.
Prezident ATƏT-in iki dəfə əraziyə faktaraşdırıcı missiya göndərdiyini, onların sənədlərində də Azərbaycanın mədəni, milli abidələrinin dağıdıldığının əksini tapdığını qeyd edib: “Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarları icra edilmir. Bu dözülməz faktdır. Bəzi hallarda beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr saatlar içində icra olunur, bizə gələndə, 20 ildən artıqdır, uzanır”.
Forumda çıxış edən Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionun öz iqtisadi potensialına sahib olmasını əngəlləyir. Onun sözlərinə görə, bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli və təcili həll olunması lazımdır. SİTAT - “Ermənistan bunu dərk etməlidir ki, bu münaqişə regionun inkişafına mane olur. Ermənistan onu da dərk etməlidir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması üçün bu addımı atmalıdır”.