Dolların sabahkı məzənnəsi açıqlandı
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının noyabrın 10-na olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi bu günlə müqayisədə artaraq 1,6782 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün dollar 1,6686 manata bərabər olub.