Rusiyanın Nyu-Yorkdakı konsulluğununun komendantı ölü tapıldı
Rusiyanın Nyu-Yorkdakı konsulluğunun növbətçi komendantının başından zədələnmiş meyiti tapılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Nyu-York şəhər polis idarəsinin nümayəndəsi Con Devis bildirib.
Nyu-York polisi insidentin təfərrüatlarını araşdırır.
Meyit baş konsulluğun ərazisində aşkarlanıb.
İstintaqın ilkin nəticələrinin bu həftə ərzində açıqlanacağı gözlənilir.