Səfir: “ORXAN ZEYNALOV CİNAYƏT TÖRƏDİBSƏ...”
Orxan Zeynalovun hüquqlarının müdafiəsi üçün vəkil tutulub, şübhəli şəxs qismində saxlanan şəxs artıq konsulluğumuzun əməkdaşları ilə görüşərək öz şikayətlərini bildirib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun sözlərinə görə, Azərbaycan tərəfi istintaq prosesinin müvafiq proseduralara uyğun olaraq aparılmasını istəyir və bununla bağlı lazımi strukturlara mövqeyini çatdırıb.
“İndi məhkəmə olmalıdır. Əgər bu insan cinayət törədibsə, təbii ki, cəzasını alacaq. Artıq bunu istintaq, məhkəmə göstərəcək. Biz məsələyə nəzarət edən Rusiyanın bütün təşkilatlarına müraciət etmişik, onun haqqında rəsmi olaraq Rusiya XİN-ə iki nota vermişik. Bunun nəticəsi olaraq konsulluq və səfirliyin məsul işçiləri onunla əlaqədədirlər, məsələ nəzarətdədir. Bizim səfirlik olaraq vəzifəmiz vətəndaşlarımızın hüquqlarını müdafiə etməkdir.
Səfir Rusiyada miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirildiyini deyib. Onun sözlərinə görə, tətbiq olunan qadağalar təkcə azərbaycanlılara yönəlməyib.
“Sənədlər yoxlanılır, qeydiyyatdan keçmə və sair məsələlərə daha sərt yanaşırlar. Təbii, bu, Rusiyanın daxili problemidir. Təbii ki, biz bu işlərə qarışa bilmərik, bu Rusiya hökumətinin daxili işləridir. Amma inanıram ki, bu məsələ tənzimlənəcək”.