ABŞ-da seçki məntəqəsinin qarşısında atışma: ölən və yaralananlar var
ABŞ-ın Kaliforniya ştatının Azus şəhərində seçki məntəqəsinin qarşısında atışma baş verib. APA TV-nin “Los Angeles Times” nəşrinə istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 1 nəfər ölüb, azı 3 nəfər yaralanıb.
Hadisədən sonra seçki məntəqəsi bağlanıb. İlkin məlumata görə, atəş açan şəxs hadisə yerindən qaçıb.
Polis nümayəndəsi atəş açan şəxsin üzərində bir neçə silahın olduğunu istisna etməyib.