Tramp ABŞ prezidenti seçildi, Klinton məğlubiyyətini etiraf etdi
ABŞ-da prezident seçkilərinin nəticələri məlum olub.
APA TV-nin məlumatına görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.
Demokratlar Partiyasının namizədi Hillari Klintonu məğlub edən Donald Tramp ABŞ-ın 45-ci prezidenti olub.
Hillari Klinton rəqibi Donald Trampa zəng edərək məğlubiyyətini etiraf edib. APA-nın xəbərinə görə, bu barədə CNN agentliyi məlumat yayıb.