Bakının mərkəzində tuneldən QUMBARA TAPILDI

Bakının Nərimanov rayonunda, Həsən Əliyev küçəsindəki tuneldən qumbara tapılıb. Qumbara tuneldə avtomobillərin hətəkət yoluna qutuda qadın çəkmələri ilə birlikdə qoyulub. APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri və Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb ediliblər.

 

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik minatəmizləmə qrupunun komandiri Aydın Əliyev APA TV-yə açıqlamasında bildirib ki, xilasedicilər qumbaranın tapıldığı ərazidə təhlükəsizlik tədbirləri görüblər:

 

Tapılan qumbara Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına təhvil verilib. 

 

Müəllif | Apa.Tv
Apa.tv