Bakıda bir ailənin üç üzvü dəm qazından zəhərləndi
Bakıda üç nəfər dəm qazından zəhərlənib. APA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.
Rayon sakinləri - 1988-ci il təvəllüdlü Xalidə Əhmədova, 2012-ci il təvəllüdlü Məleykə Əhmədova və 1999-cu il təvəllüdlü Şəfahət Məfiyev dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.
Zəhərlənən şəxslərin bir ailənin üzvləri olduğu bildirilir.