Azərbaycan MN: Monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 10-da Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, monitorinq insidentsiz başa çatıb.