Qubada dəhşətli qətl: oğul atasını bıçaqladı
Qubada qətl hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Quba sakinin oğlu tərəfindən qətlə yetirildiyi məlum olub.
Sərxan Heydərov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Ölən şəxsin meyiti Quba Şəhər Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.