Rusiya Türkiyəyə xəbərdarlıq etdi
Rusiyanın energetika naziri Aleksandr Novak qış aylarında Türkiyəyə ixrac olunana qazın nəqlində sıxıntılar olacağını açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu problemə səbəb tranzit ölkə olan Ukraynanın yetəri şəkildə qaz toplaya bilməməsidir.
Novak ötən günlərdə Ukraynanın qış mövsümündə "mavi yanacaq" sıxıntısı yaşamamsı üçün anbarlara 2 milyard kubmetr qaz yığmasının vacibliyini vurğulamışdı.
Xatırladaq ki, Avropa ölkələri qaz ehtiyacının 15, Türkiyə isə istifadə etdiyi "mavi yanacaq"ın 30 faizini Ukrayna üzərindən gələn borular vasitəsi ilə alır.