İraq ordusu İŞİD-in viran qoyduğu qədim Nəmrud şəhərinə yaxınlaşdı
İraqda Mosul əməliyyatı davam edir. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, İraq ordusu qədim şəhər olan Nəmrudun xarabalıqlarına yaxınlaşıb.
Ordu qərargahından bildirilib ki, Mosulun 30 kilometrliyindəki Abbas-Rəcəb və Əl-Nomaniyə kəndləri terrorçulardan təmizlənib.
Xatırladaq ki, 2015-ci ilin martında İŞİD qədim Assuriya dövlətinin antik Nəmrud şəhərindəki abidələri dağıtmışdı. Nəmrud eramızdan əvvəl I Salmansar tərəfindən salınıb və 400 ildən sonra II Aşşur Natsir Apalın dövründə Asuriyanın paytaxtı olub.