Azərbaycanda asma bağı olmayan REKORD UZUNLUQDA KÖRPÜ tikilir

Azərbaycanda çay üzərində MDB-də ilk dəfə asma bağlar olmadan aşırımı rekord uzunluqda olan dəmir-beton konstruksiyalı körpü tikilir. Tikintini Şirvan şəhərinin ərazisində, Kür çayı ilə Qazıməmməd-Horadiz yolunun 8-ci kilometrliyinin kəsişməsində, Kür çayı üzərində Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC həyata keçirir. Dəmir-beton monolitli körpünün tikintisinin bu ilin sonuna qədər başa çatması gözlənilir. Layihə üzrə məsləhətçi İtaliya şirkətidir və tikinti Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Sifarişçi Azərbaycan Nəqliyyat Nazirliyi - "Azəryolservis" ASC-dir. Layihəni Avro-Asiya İnşaat Korporasiyası hazırlayıb. Uzunluğu 304, eni 15, hündürlüyü isə 17 metr olan körpü 4 dayaqdan və 3 aşırımdan ibarətdir.  


“EVRASCON” ASC-nin 64 saylı sahənin rəisi Sərdar

Eyvazov APA TV-yə deyib ki, orta aşırımın uzunluğu 140 metrdir. Keçmiş MDB-də birinci belə layihədir ki, asma olmadan 140 metr uzunluğunda körpü tikilir.
 

1963-cü ildə Kür çayı üzərində inşa edilmiş mövcud Şirvan-Sabirabad körpüsü nəqliyat vasitələrinin, o cümlədən ağırtonnajlı yük avtomobillərinin intensiv hərəkətini tənzimləyə bilmədiyindən tez-tez sıradan çıxırdı. Bunlar nəzərə alılnaraq yeni, daha müasir və davamlı körpünün tikilməsinə qərar verilib.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı