Azərbaycanda “Hyundai İX35” aşıb, İŞ ADAMI HƏLAK OLUB

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə ötən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 252-ci kilometrliyində, Ağdaş rayonu ərazisində qeydə alınıb.

 

Sumqayıt şəhər sakini, 40 yaşlı Əhliman Mustafayevin idarə etdiyi  “Hyundai İX35” markalı minik avtomobil Yevlax rayonu istiqamətində hərəkətdə olarkən idarəetmə itib, maşın yoldan çıxaraq aşıb. Magistral yoldan 15 metr kənara düşən avtomobilin sürücüsü Əhliman Mustafayev hadisə yerində keçinib. Məlumata görə, Əhliman Mustafayev Bərdə rayonunda mebel sexinin rəhbəri olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş. 

 

İlkin olaraq, hadisəyə səbəb kimi yüksək sürət göstərilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov