Sabirabadda narkotik satan tutuldu
Sabirabadda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad polisi tərəfindən keçirilən əməliyyat zamanı rayonun Şəhriyar kənd sakini, Seyfullayev Adəm Sadiq oğlu kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana satarkən saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilərkən daha bir kibrit qutusu narkotik vasitə olan marixuana aşkar edilib.
Adəm Seyfullayev, saxlanılan şəxs: “İki “korobka” narkotik vasitə idi. Birini özümün çəkirdim. O birini satmaq istəyəndə tutuldum. 70 manata satırdım”.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.