Moldovada Rusiyameylli siyasətçi prezident oldu
Moldovada prezident seçkilərinin ikinci turunun qalibi müəyyənləşib. APA TV-nin məlumatına görə, ölkənin yeni prezidenti Sosialist Partiyasının lideri İqor Dodondur.
Moldova MSK-nın məlumatına əsasən, İqor Dodon 53,2% səs toplayıb. Onun rəqibi - Həmrəylik Partiyasının lideri Maya Sandu səslərin 46,88 %-ni toplaya bilib.
Qeyd edək ki, İqor Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtması və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. Maya Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.
Moldovanın yeni prezidentinin 41 yaşı var. Evlidir, üç övlad atasıdır.