Dollar Azərbaycanda tarixi maksimuma çatdı
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının noyabrın 16-na olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi bu günlə müqayisədə artaraq 1,7039 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün 1 dollar 1,6954 manat olub.
Xatırladaq ki, bu gün Mərkəzi Bankda Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,6954 məzənnəsi ilə başlayıb və 1,7024 məzənnəsi ilə yekunlaşıb.