Fikrət Sadıq vəfat etdi
Şair Fikrət Sadıq vəfat edib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza APA-ya bildirib ki, F.Sadıq bu gün səhər saatlarında evində 86 yaşında dünyasını dəyişib.
Dəfn və vida mərasimlərinin yeri dəqiqləşdirilir.
Fikrət Abbas oğlu Sadıqov (Fikrət Sadıq) 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.
1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fəxri təqaüdçüsü idi.