ABŞ İrana qarşı sanksiyaların müddətini 10 il artırdı
ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib. Qanun layihəsi təsdiqlənmək üçün Konqresin yuxarı palatasına - Senata təqdim ediləcək.
Yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir.