Mosulda küçə döyüşləri gedir
İraqın Mosul şəhərinin “İraq Şam İslam Dövləti” terror təşkilatından azad edilməsi əməliyyatı davam edir.
APA TV-nin məlumatına görə, hazırda Mosulun giriş məhəllərində İraq ordusu ilə İŞİD arasında döyüşlər gedir.
Artiq Mosulun Təhrir məhəlləsi İŞİD-dən təmizlənib. Döyüşlər zamanı mosullu gənc İŞİD-çi snayperin açdığı atəş nəticəsində boğazından vurulub.
Beynəlxalq koalisiyaya aid qırıcılar bölgədə İŞİD-ın maşınlarını bombalayır.