Xaçmazda 24 yaşlı piyadanı maşın vurdu
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunda qeydə alınıb.
18 BC 148 dövlət nömrə nişanlı “VAZ-21011” markalı avtomobil yolu keçmək istəyən Xaçmaz rayonunun Qımılqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü Beydiyev Arza Əvəz oğlunu vurub. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.