Yeniyetməni çörək oğurladığına görə diri-diri yandırdılar
Nigeriyada mağazadan yemək oğurlayan azyaşlı oğlan vəhşicəsinə öldürülüb. APA TV-nin məlumatına görə, hadisə ölkənin cənub-qərbində, Laqos şəhərində baş verib.
Görüntülərdə ayağı bağlı şəkildə olan azyaşlının bir qrup şəxsin ortasında dayanaraq yalvardığı, bağışlanmasını istəyir. Lakin insanlar üz-başı qan içində olan uşağı döyməkdə davam edir. Bir nəfər onun başına avtomobil şini keçirməyə çalışır. Uşaq dəmir parçası ilə yenidən döyülür. Daha sonra 7-15 yaş aralığında olan oğlanın diri-diri yandırıldığı bildirilir.
Oğlanın marketdən qida oğurladığı, eyni işi bir neçə dəfə təkrarladığı qeyd olunur. Nigeriya polisindən hər hansı açıqlama verilməyib.