Klintonu dəstəkləyən senator Trampla işləməyə hazır olduğunu bildirdi
ABŞ-da keçirilən prezident seçkilərində namizəd olan Berni Sanders Donald Trampla işləməyə hazır olduğunu bildirib.
APA TV-nin CNN-ə istinadən məlumata görə, Sanders yeni seçilən prezidentə daha çox korrupsiya ilə mübarizədə dəstək vermək fikrindədir.
Senator bildirib ki, o, sosial-iqtisadi sahədə də yeni hakimiyyətlə təcrübəsini bölüşmək üçün hazırdır.
Sanders dəstəyinin daha çox səhiyyə sahəsində yararlı olacağına əmindir. O, dərmanların qiymətinin ucuzlaşdırılmasının mümkün olduğunu vurğulayıb.