Əfqanıstanda İŞİD lideri məhv edildi
Koalisiya qüvvələri tərəfindən Əfqanıstanın şərqinə pilotsuz uçan aparatlardan endirilən aviazərbələr zamanı İŞİD terror qruplaşmasının liderlərindən olan Molla Bozorq məhv edilib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Nənqərhar vilayətindəki əməliyyatlarda onunla birlikdə 7 İŞİD terrorçusu da zərərsizləşdirilib.
Hava hücumları zamanı terrorçulara məxsus silah-sursat və partlayıcı maddələr də məhv edilib.