Xaçmazda 38 yaşlı kişi bıçaqlandı
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, Xaçmaz şəhər sakini, 1978-ci il təvəllüdlü Dadaşov Vahid Gülbala oğlu müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona üzün sağ tərəfinin və qulaq seyvanının kəsilmiş yarası diaqnozu qoyulub.
Hazırda müalicəsi davam etdirilən V.Dadaşovun vəziyyəti stabildir.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.