Hindistanda qatar qəzasında ölənlərin sayı 128 nəfərə çatdı
Hindistanın şimalında Kanpur şəhəri yaxınlığında sərnişin qatarının 14 vaqonunun relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.
APA TV-nın “Hindustan Times ” nəşrinə istinadən verdiyi məlumata görə, faciə məqamında qatarda 500-ə yaxın sərnişin olub.
Hazırda 116 cəsəd xilasedicilər tərəfindən vaqonlardan çıxarılıb. Vaqonların birində olan 4 cəsədin çıxarılması istiqamətində iş aparılır.
Qeyd edək ki, hadisə noyabrın 20-də qeydə alınıb.