Ağdamda iki maşın toqquşdu
Ağdamda baş verən yol-nəqliyyat hadisəsində sürücü xəsarət alıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə keçən gecə rayonun Quzanlı kəndində qeydə alınıb.
Laçın rayon sakini, 1991-ci il təvəllüdlü Aslanov Nofəl Aslan oğlunun idarə etdiyi “LADA Priora” markalı 41 BC 929 qeydiyyat nömrəli minik maşını ilə hərəkətdə olarkən Ağdam rayon sakini, 1958-ci il təvəllüd Həsənov Qurban oğluna məxsus “VAZ-2107” markalı 02 BJ 679 qeydiyyat nömrəli minik maşını ilə toqquşub. Nəticədə “VAZ-2107”-nin sürücüsü Q.Həsənov xəsarət alıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.