Qubada 30 yaşlı kişini maşın vurdu
Quba rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın şimal bürosunun məlumatına görə, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən 1986-cı il təvəllüdlü Ələmmədov Azər Məhərrəm oğlunu maşın vurub. O, dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.