Şirvanda polis reydi: 48 avtomobilə inzibati cəza tətbiq edildi
Şirvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitələrinə qarşı keçirilən reyd zamanı 48 avtonəqliyyat vasitəsi barəsində inzibati cəza tətbiq edilib.
Şirvan şəhər Dövlət Yol Polisi Bölməsi və Şirvan Regional Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə keçirdiyi reyd zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olan 48 avtonəqliyyat vasitəsinin idarə olunmasında qanun pozuntusu aşkar edilib.
Keçirilən reyd zamanı qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan 19 sürücü, qanunsuz yükdaşıma ilə məşğul olan 21 sürücü və sərnişindaşıma qaydalarını pozan 8 avtobus sürücüsü barəsində inzibati protokollar yazılıb. Qeyd edilən avtomobillərin sürücülərinə qarşı cərimə sanksiyaları tətbiq edilib.
Növbəti reydlərin Hacıqabul və Sabirabad rayonlarında keçirilməsi nəzərdə tutulur.