Hələbdə 6 günlük qətliam: 322 ölü, 1150 yaralı
Suriyada son 6 gündə Hələbin bombalanması nəticəsində 322 mülki şəxs ölüb, 1150 nəfər yaralanıb.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hələb mülki müdafiə qərargahının sözçüsü İbrahim Əbu Leys bildirib.
Məlumata görə, ölənlərdən 82-si uşaq, 63-ü qadındır. Bombalanan yerlərdə axtarış işləri davam etdirilir və tələfat sayının artacağı istisna edilmir.
Sentyabrın 4-dən Hələbin təxminən 300 min nəfərin yaşadığı rayonlarının bombalanması humanitar böhrana səbəb olub - çörək sexləri bağlanıb, əhali çörək tapmaqda çətinlik çəkir.