Zaqatalada bayram

Zaqatalada kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub. APA TV-nın məlumatına görə,  tədbirdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, rayonun kənd təsərrüfatı mütəxəssisləri, rayon  ziyalıları, sahibkar və fermerlər iştirak ediblər. Tədbirdə vurğulanıb ki, Zaqatala ölkəmizin  mühüm kənd təsərrüfatı rayonlarındandır. Rayonun iqtisadiyyatında taxılçılıq, tütünçülük, meyvəçilik, kartofçuluq və heyvandarlıq əsas yer tutur. Bununla yanaşı çay, günəbaxan, qızıl gül və digər kənd təsərrüfatı məhsulları da yetişdirilir. 

 

Tədbirdə qeyd olunub  ki, Zaqatala rayonunda aqrar sahəyə dövlət dəstəyi nəticəsində fermer və sahibkarlarda əkin işlərinə maraq hər il artır. Belə ki, fermer və sahibkarlar buğda və çəltik səpininə görə dövlətdən subsidiyalar almaqla yanaşı həm də gübrələri 50 faiz ucuz qiymətə alır, yanacaq və motor yağlarından güzəştlə istifadə edirlər.

 

Tədbirin sonunda öz sahəsində fərqlənən bir neçə sahibkara  İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tərəfindən fəxri fərman təqdim olunub.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov