Bakıda 20 yaşlı oğlan intihar etdi
Bakıda intihar hadisəsi baş verib.
Nizami Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Nəsimi küçəsi 32 e, mənzil 86 ünvanında qeydə alınıb.
1996-cı il təvəllüdlü Toğrul Məhəmməd oğlu Rzayev yaşadığı mənzilin yerləşdiyi 8-ci mərtəbədən özünü atıb.
O, yerindəcə ölüb. İlkin məlumata görə, T.Rzayev bir müddət əvvəl beyin iflici keçirib. Onun ağrılara dözmədiyindən, intihar etdiyi ehtimal olunur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.