Sabirabadda yaşayış evi yandı
Bu gün saat 11.00 radələrində Sabirabad rayonunun Yenikənd kənd sakini Vidadi Yusifova məxsus evdə yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ümumi sahəsi 192 kv. metr olan 4 otaqlı evin, 2 otağının tavanı 75 kvadratmetr sahədə yanıb.
Yanğının söndürülməsinə Sabirabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki ədəd texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın saat 13:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.