Sabirabadda ev oğruları tutuldu
Sabirabadda mənzildən oğurluq edən şəxslər saxlanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon sakinləri, 23 yaşlı Məmmədov Elman Hüseyn oğlu və həmyaşıdı Əsədzadə Həsənağa Əli oğlu polis tərəfindən oğurluqda şübhəli bilinərək tutulublar.
Ev sahibinin evdə olmamasından yararlanan oğrular mənzilə daxil olaraq 1000 manat dəyərində müxtəlif ev əşyaları, o cümlədən 2 ədəd velisoped aparıblar. İstintaq əməllərindən peşman olan gənclərin digər oğurluqlarda iştirakının olub-olmadığı araşdırılır.
Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb.