Şirvanda 25 yaşlı qız dəm qazından boğuldu
Şirvanda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü İsmayılova Nuranə Ələsgər qızı hamamda olarkən dəm qazından zəhərlənib. O, Şirvan şəhər xəstəxanasına aparılan zaman yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.