“Samsung” şirkətinin baş ofisində axtarış aparılıb
Seulda “Samsung Electronics” şirkətinin baş ofisində və Dövlət Təqaüd Fondunda axtarış aparılıb.
APA TV-nin məlumatına görə, axtarışın prezident Pak Kın He və onun rəfiqəsi Çxve Sun Sil ətrafında baş verən qalmaqalla əlaqədar olduğu bildirilir.
Prokurorluq prezidentin təqaüd fonduna “Samsung”u dəstəkləmək barədə təzyiq göstərib-göstərmədiyini araşdırır. Axtarış zamanı sərt disklər, mobil telefonlar və müxtəlif sənədlər müsadirə olunub. Bu, “Samsung”un baş ofisində keçirilən sayca 3-cü axtarışdır.
Qeyd edək ki, Çxve Sun Sil prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. Bununla əlaqədar Cənubi Koreyada kütləvi etiraz aksiyaları keçirilir və dövlət başçısının istefası tələb olunur.