Ağdamda yararız vəziyyətə düşən məktəbə yeni bina

2013-cü ilin aprelində Ağdamda aramsız yağışlar və və güclü külək nəticəsində yararsız hala düşən Birinci Baharlı kənd orta məktəbi üçün yeni bina inşa olunur. Tikintinin bu təhsil ilinin sonunadək başa çatması nəzərdə tutulur. Məktəb binası layihəsinə görə, indiyədək inşa olunmuş tikililərdən fərqlənir. Pedaqoji kollektiv üçün bir vaxtlar əlçatmaz arzu kimi görünüən sinif otaqları bir müddətdən sonra onların ixtiyarına verilcək.

 

Məktəbin direktoru APA TV-yə bildirib ki, hazırda istismarda olan məktəb binasının yararsız olmasına baxmayaraq kollektiv fəaliyyətini dayandırmayıb.

 

İndiyədək əsas məktəb statusu daşıyan bu təhsil ocağı bu ildən tam orta məktəb kimi faliyyətə başlayıb. Bu tədris ilinə qədər yuxarı sinif şagirdləri ya qonşu kəndlərdəki məktəblərə getməli olurdular, ya da, təhsillərini yarımçıq buraxmaq məburiyyətində qalırdılar.

 

 

Müəllif | Apa.Tv