Dolların məzənnəsi 1,72 manata yaxınlaşır
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının noyabrın 25-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, dolların məzənnəsi bu günlə müqayisədə artaraq 1,7196 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün dollar 1,7146 manata bərabər olub.