İranda iki sərnişin qatarı toqquşdu: ölən və yaralananlar var
İranda iki sərnişin qatarı toqquşub. APA TV-nin "Press TV" telekanalına istinadən xəbərinə görə, hadisə Semnan əyalətinin İmamşəhrə rayonunda, yerli vaxtla səhər saat 7:00 radələrində baş verib.
İlkin məlumatlara görə, qəza nəticəsində 5 nəfər həlak olub, onlarla sərnişin yaralanıb. Rəsmilər ölü sayının artacağını istisna etmir.
Hazırda ərazidə xilasetmə əməliyyatının davam etdirildiyi bildirilir.