Ermənistanda enerji böhranı yaranıb

Səhər saatlarında Ermənistan paytaxtı və ətraf rayonların elektrik enerjisi ilə təchizatı tam şəkildə dayanıb. APA TV-nin məlumatına görə, ölkənin əksər hissələrinə elektrik enerjisi verilməyib. Fövqəladə Hallar Nazirliyi enerji təchizatı sistemində problemlər yarandığını açıqlasa da, problemin nədən qaynaqlandığı barədə məlumat verilməyib. Qəza səbəbindən İrəvan metropoliteni işini tam dayandırıb, sərnişinlər tunellərdən evakuasiya olunublar. Xəstəxanaların və strateji əhəmiyyətli obyektlərin elektriklə təchizatı qismən bərpa edilib, ümumilikdə Ermənistan təxminən yarım saata yaxın işıqsız qalıb. 

Müəllif | Apa.Tv
Apa.tv