Nazir müavini tələbələrin aksiyasından danışdı

“İmtahanların yazılı və ya şifahi keçirilməsini universitetlər özü müəyyənləşdirir”.

 

Ali məktəblərdə imtahanların yazılı formada keçirilməsinə olan etirazlara münasibətini bildirən təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, ali məktəblər bu məsələdə müstəqildir: "Ali məktəblərdə imtahanın bu və ya digər formada aparılması xüsusi önəm kəsb etmir. Əsas məqam imtahanın yazılı və ya şifahi olması deyil, əsas imtahanın düzgün aparılması, formalaşdırılması və biliklərin düzgün qiymətləndirilməsidir”.

 

Ceyhun Bayramov həmçinin Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının icrası istiqamətində görüləcək işlərdən də danışıb: "Həmin strategiyaya əsasən, 5 ay ərzində Nazirlər Kabinetinə tədbirlər planı təqdim edilməlidir. Tədbirlər planı qəbul edildikdən sonra təhsilin hər bir pilləsi üzrə proqramlar, yeni qaydalar həyata keçiriləcək. Təhsillər bütün pillələri ilə bağlı məsələlər proqram icrası zamanı həllini tapacaq”.

 

Ölkəmizdə internat məktəblərinin gələcək fəaliyyətinə toxunan nazir müavini bildirib ki, internatlarda uşaq kontingenti olan müddətdə onlar bağlana bilməz.

 

Müəllif | Apa.Tv