Türkiyədə sensasion terror aktları planlaşdıran İŞİD-çilər tutuldu
Türkiyənin Adana şəhərində İŞİD üzvlüyündə şübhəli bilinərək saxlanılan 14 nəfərdən 3-ü barəsində həbs-qətimkan tədbiri seçilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, noyabrın 10-da saxlanılan şübhəlilər ətrafında əməliyyat-istintaq tədbirləri 15 gün davam edib və bundan sonra məhkəmə qarşısına çıxarılıblar.
Tutulan şəxslərin Türkiyə ərazisində xarici təşkilatlara qarşı sensasion terror aktlarına hazırlaşdıqları bildirilir.