Rusiyanın Qafqaz üzrə Mühafizə Xidmətinin rəhbəri həbs olundu
Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası Mühafizə Xidmətinin Qafqaz üzrə rəhbəri, general Gennadi Lopırev həbs edilib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Gennadiy Lopırev rüşvət almaqda şübhəli bilinir.
Mətbuata qapalı keçirilən məhkəmədə müstəntiqin vəsatəti təmin edilib. Gennadi Lopırev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun vəkilləri bildirib ki, məhkəmənin qərarından apelyasiya şikayəti veriləcək.